
Filippin Müdafiə Nazirliyi Cənubi Çin dənizində əllərində olan strateji adanın yaxınlığındakı mübahisəli su hövzəsində Çinin şübhəli fəaliyyətləri ilə bağlı hərbçilərə mövcudluğunu gücləndirməyi tapşırıb.
525.az xəbər verir ki, Filippin Müdafiə Nazirliyi Paqasa adası yaxınlığında Çinin şübhəli aktivliyinin aşkar edildiyini bildirərək Cənubi Çin dənizindəki hərbi varlığını gücləndirmək qərarına gəlib.
Nazirlik Çinin hansı fəaliyyətlə məşğul olduğu barədə məlumat verməsə də Pekin bu iddiaları “əsassız” adlandırıb.
Filippin paytaxtı Maniladakı Çin səfiri ölkəsinin qaydalara əməl etdiyini bildirib. O, Filippin Müdafiə Nazirliyinin bəyanatını şərh edib: "Hər iki ölkə dəniz məsələlərini dostluq məsləhətləşmələri vasitəsilə müvafiq qaydada həll edəcək", - deyə bildirib.
Qeyd edək ki, Çin hər il milyardlarla dollarlıq malların keçdiyi Cənubi Çin dənizinin böyük hissəsinə iddialıdır, habelə Bruney, Malayziya, Filippin, Tayvan və Vyetnamın da müxtəlif ada və ərazilərdə iddiaları var.
Fərid Sançar



