|
|
|
|

İran Məhsa Əmini nümayişləri zamanı terror aktı hazırlayan İsrail kəşfiyyat agentliyi "Mossad"a bağlı olduğu iddia edilən 4 əməliyyat qrupunun tutulduğunu açıqlayıb.
525.az xəbər verir ki, İranın Kəşfiyyat Nazirliyi məsələ ilə bağlı yazılı açıqlama verib. Açıqlamada: "Mossad casuslarından ibarət 4 əməliyyat qrupu saxlanılıb. Sionist rejim, ötən həftələrdə ölkənin müxtəlif bölgələrində baş verən qiyamlardan istifadə edərək əməliyyat qruplarına rəhbərlik etməyi və bir çox birgə terror aktları həyata keçirməyi hədəfləyib. Bütün terrorçular isə heç bir fəaliyyət göstərə bilmədən yaxalanıb", - ifadələrinə yer verilib.
Qeyd edək ki, Nazirliyin açıqlamasında həbs olunanların sayı və onların şəxsiyyəti barədə məlumat verilməyib.
Məhəmməd Tağıyev



