
G7 ölkələri Rusiyanın Ukraynaya qarşı müharibəsini bir daha pisləyib və müharibənin nə qədər davam etməsindən asılı olmayaraq Ukraynanı dəstəkləməyə davam edəcəklərini açıqlayıb.
525.az xəbər verir ki, ABŞ, Kanada, Fransa, İtaliya, Yaponiya, Böyük Britaniya və Almaniyadan ibarət G7 ölkələrinin xarici işlər nazirlərinin görüşündən sonra verilən açıqlamada, Belarusa çağırış edilib və Rusiyanın öz ərazisindən istifadəsinə icazə verməməsi istənilib. Açıqlamada: "Əgər Belarus Rusiyanın başlatdığı müharibədə birbaşa iştirak etsəydi Belarus administrasiyası üçün çox böyük xərc olardı", - ifadəsi işlədilib.
G7 ölkələrinin daha çox insanın həyatını xilas etmək məqsədiylə Ukraynanın hərbi və müdafiə texnikasına, xüsusilə hava hücumundan müdafiə vasitələrinə təcili ehtiyacını ödəmək üçün səylərini artırmaq öhdəliyi götürdüyü vurğulanıb.
Məhəmməd Tağıyev



