Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı (OHCHR) Ukraynada fevralın 24-dən başlayan müharibədə dekabrın 26-na kimi ümumilikdə 6884 mülki vətəndaşın həyatını itirdiyini və onlardan 429-nun uşaq olduğunu açıqlayıb.
525.az xəbər verir ki, OHCHR-nin yayımladığı hesabatda 10 aydır davam edən Rusiya-Ukrayna müharibəsində mülki itki və yaralıların sayı paylaşılıb. Hesabatda müharibə zamanı həlak olanların 2719-u kişi, 1832-si qadın, 429-u uşaq, 1904-ü isə cinsiyyəti müəyyən edilə bilməyən yetkinlər olmaqla ümumilikdə 6884 nəfərin həyatını itirdiyi açıqlanıb. Yaralananların sayının isə 10 min 947 olduğu qeyd edilib.
Məhəmməd Tağıyev