Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyəyə səfər edəcək.
525.az-ın verdiyi xəbərə görə, nazir türkiyəli həmkarı ilə birlikdə Türkiyənin Qars əyalətində keçirilən “Qış-2023” hərbi təlimlərini izləyəcək.
Qeyd edək ki, yanvarın 18-dən başlayan “Qış-2023” hərbi təlimlərində Azərbaycandan və digər 16 ölkədən hərbçilər iştirak edir. Fevralın 2-i təlimlərin son və əsas günüdür.