Avstriya 4 rus diplomatı diplomatik statusları ilə uyğun gəlməyən hərəkət etdiklərini əsas gətirərək ölkədən çıxarmaq qərarına gəlib.
525.az xəbər verir ki, mövzu ilə bağlı açıqlamanı Avstriya Xarici İşlər Nazirliyi yayıb.
Açıqlamada, sözügedən 4 diplomatdan 2-nin paytaxt Vyanada Birləşmiş Millətlər Təşkilatı tərəfindən akkreditə olunduğu bildirilib. Deportasiya qərarına səbəb diplomatların "diplomatik statusa uyğun gəlməyən" fəaliyyət göstərmələri olub.
Məhəmməd Tağıyev