Türkiyənin Kahramanmaraş şəhərindən 38 km aralıda 4,7 bal gücündə yeni zəlzələ qeydə alınıb.
525.az xəbər verir ki, 4,7 bal gücündə yeni zəlzələni avropalı seysmoloqlar qeydə alıblar. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin saytında məlumat verilib.
Qeyd edək ki, yeraltı təkanların daha bir müddət davam edə biləcəyi də ehtimal olunur.
Havar Şəfiyeva