|
|
|
|

Belçikanın paytaxtı Brüsseldə Kahramanmaraş mərkəzli zəlzələ zərərçəkənləri üçün Türkiyə vətəndaşları və dərnəkləri tərəfindən toplanan yardım materiallarını daşıyan ilk yük təyyarəsi daşınmasını həyata keçirib.
525.az xəbər verir ki, Brüssel səfirliyindən alınan məlumata görə, içində tibbi avadanlıq, dərmanlar, sobalar, termal yorğanlar, uşaq ləvazimatları və gigiyena məhsulları olan Türk Hava Yollarına məxsus yük təyyarəsi Brüssel hava limanından qalxaraq Adanaya çatıb. Yardımlar sahə üzrə səlahiyyətli yardım təşkilatlarına çatdırılıb və cəmi 43 ton olduğu öyrənilib.
Digər tərəfdən, Belçikadakı türk vətəndaşları və dərnəkləri tərəfindən hazırlanan və toplama mərkəzlərində bir araya gətirilən yardımların quru yolu ilə çatdırılması davam edir.
Qeyd edək ki, indiyədək 18-i Brüsseldən, 6-sı Antverpendən olmaqla ümumilikdə 24 yük maşını Türkiyəyə yola düşüb və 12 yük maşını yola düşməyə hazırlaşır.
Məhəmməd Tağıyev



