|
|
|
|

Türkiyənin Hatay bölgəsində zəlzələ nəticəsində yaranan dağıntılar altından 103 saatdan sonra 3,5 yaşlı Zeynəb Ela adlı qızcığaz xilas edilib.
525.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) fevralın 10-da məlumat yayıb.
Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Son məlumata görə, Türkiyədə dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 19 388 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 77 711 nəfər yaralanıb. Zəlzələdən sonra bölgədə 1604 afterşok qeydə alınıb.
Havar Şəfiyeva



