|
|
|
|

İran ötən ay İsfahan şəhərindəki hərbi obyektə pilotsuz təyyarə ilə hücumun "əsas günahkarları"nın həbs edildiyini açıqlayıb.
525.az xəbər verir ki, İran dövlət televiziyası Kəşfiyyat Nazirliyi və İnqilab Keşikçiləri Korpusunun Kəşfiyyat İdarəsinin birgə bəyanatına əsaslanaraq, yanvarın 28-də İsfahanda Müdafiə Nazirliyinə aid obyektə hücumun əsas səbəbkarları müəyyən edildiyini bildirib.
Həbs edilən şəxslərin İsraillə əlaqəsi olduğu iddia edilsə də, istintaqla bağlı ətraflı məlumatın daha sonra ictimaiyyətə açıqlanacağı bildirilib.
Malik Atilay



