|
|
|
|

İranda yağan qar səbəbindən paytaxt Tehranda və bəzi şəhərlərdə məktəblər bağlanıb.
525.az xəbər verir ki, Tehranda dünən səhər saatlarından başlayan qar səbəbindən yollarda nəqliyyat sıxlığı yaranıb və avtomobil qəzaları baş verib. Xüsusilə paytaxtın dağlıq ərazilərində qar yağışına hazırlıqsız yaxalanan avtomobil sürücüləri çətin anlar yaşayıb, nəqliyyatın hərəkətində uzun növbələr yaranıb. Belə ki, bəzi sürücülərin yolda avtomobillərinin təkərlərinə zəncir vurmağa çalışdıqları görüntülənib.
Bələdiyyə qrupları yolları duzlayaraq buzlanma və nəqliyyat vasitələrin sürüşməsinə qarşı tədbir görüb. Qar və əlverişsiz hava şəraiti səbəbindən Tehran, Mərkəz, Kürdüstan, Qəzvin, Qum və Elborz əyalətlərinin bir çox şəhərlərində təhsil dayandırılıb.

Məhəmməd Tağıyev



