|
|
|
|

Malatyada baş verən zəlzələdə dağılan binalarla bağlı aparılan istintaq çərçivəsində 7 şübhəli həbs edilib.
525.az xəbər verir ki, Malatya Prokurorluğu şəhərdəki binaların Kahramanmaraş mərkəzli 7,7 və 7,6 bal gücündə zəlzələlər nəticəsində zədələnməsi və dağılmasına görə baş verən ölüm və yaralanma hadisələrindən məsuliyyət daşıyan memarlar, podratçılar, mühəndislər, nəzarətçilər və bina sahibləri daxil olmaqla 46 şübhəli barəsində istintaq başladıldığını bildirib.
Açıqlamada, nəzarətə alınaraq ədliyyəyə sövq edilən 7 şübhəlinin həbs olunduğu, 12 şübhəlinin istintaqının davam etdiyi bildirilib. Həmçinin məsələ ilə bağlı 20 şübhəlinin tutulması üçün Ankara, Antalya, Çanaqqala, Çorum, İstanbul, Konya və Orduya əmr yazıldığı, barələrində beynəlxalq səyahət qadağası tədbirinin görüldüyü bildirilib.
Havar Şəfiyeva



