|
|
|
|

Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra başladılan beynəlxalq kampaniya çərçivəsində Meksika tərəfindən göndərilən 100 ton humanitar yardım Adanaya çatıb.
525.az xəbər verir ki, Felipe Anceles Beynəlxalq Hava Limanından (AIFA) havaya qalxan Meksika Müdafiə və Xarici İşlər Nazirliyinin koordinasiyasında Beynəlxalq İnkişaf Əməkdaşlıq Agentliyinin xətti ilə və Türkiyə səfirliyi ilə əməkdaşlıq çərçivəsində yardım aparan təyyarə Adana Hava Limanına eniş edib. Qida, geyim, ədyal, çadır, generator, tibbi və gigiyena ləvazimatları daşıyan yük təyyarəsi Meksika səfirliyinin ticarət və mədəniyyət attaşesi Mario Çaparro və Müdafiə və Hərbi Hava Qüvvələri Attaşesi Ernesto Velazquez Montoya tərəfindən qarşılanıb.
Çaparro Meksika xalqının Türkiyədəki dostları və qardaşları ilə həmrəy olduğunu bildirib. Fəlakətlərdə beynəlxalq əməkdaşlığın təməl xarakterinə diqqət çəkən Çaparro, Türkiyəyə kömək etməkdən və türk xalqını dəstəkləməkdən xoşbəxt olduqlarını dilə gətirib.



Məhəmməd Tağıyev



