Əmək müqaviləsi bildirişinin Elektron İformasiya Sistemində (EİS) qeydiyyatdan keçirilməsinə metodiki kömək göstərən “Yardımçı masaları”nın ünvanları və əlaqə telefonları açıqlanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, əmək müqaviləsi bildirişinin EİS-də qeydiyyatdan keçirilməsi ilə bağlı işəgötürənlərə metodiki kömək göstərilməsi məqsədilə nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) bütün regional müfəttişliklərində “Yardımçı masaları” yaradılıb.
Əmək müqaviləsi bildirişi üzrə məlumatların EİS-ə daxil edilməsi prosesi başa çatana qədər fəaliyyət göstərəcək “Yardımçı masaları”na bütün iş günləri ərzində müraciət etmək olar. Eyni zamanda əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi ilə bağlı işəgötürənlərə metodiki kömək 142 “Qaynar xətt”i vasitəsilə də göstəriləcək.