https://525.az/img/pics/medium/2026-07/398681_vdxx0r1kg9.jpg “Odisseya” dastanına fərqli bir baxış
https://525.az/img/pics/medium/2026-07/398622_2l1w2sfps1.jpg Mədəniyyət naziri Xalq yazıçısı Anarla görüşüb
https://525.az/img/pics/medium/2026-07/398555_79qavm53rb.jpg Almaniyanın Cənubi Qafqaz siyasətində Azərbaycan amili
https://525.az/img/pics/medium/2026-07/398525_d06rqmj7qg.jpeg Həyat Şəminin darıxmağı... - ayrılıq, həsrət və ...
search
28 İyul 2026

İspaniya futbolunda qalmaqal

İspaniya futbolunda qalmaqal

İspaniya futbolunda hökm sürən maliyyə böhranı futbolçuları və klubları çətin vəziyətə salıb.

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, İspaniya futbol liqalarında forma geyinən 194 futbolçu maaş almadıqları üçün Peşəkar Futbol Liqasına şikayət ediblər.

İspaniya peşəkar liqalarında çıxış edən futbolçuların üzvü olduqları İspaniya Futbolçular Dərnəyi (AFE) oyunçuların şikayətindən sonra hərəkətə keçib. AFE maaşlarının ödənilməməsi ilə bağlı İspaniya Peşəkar Futbol Liqasına müraciət edib.

AFE-dən verilən açıqlamada futbolçularına maaşlarını ödəməyən klublardan 18-nin La Liqa və ikinci liqa (Adelante) təmsilçisi olduğu bildirilib. Klubların futbolçularına ümumilikdə 22 milyon 839 min 33 avro borcu olduğu iddia edilir.

İspaniya Peşəkar Futbol Liqasının qaydalarına əsasən klublar borclarını avqustun 31-dək ödəməlidirlər. Əks təqdirdə həmin klubları ciddi sanksiyalar gözləyir. 

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.