https://525.az/img/pics/medium/2026-07/398681_vdxx0r1kg9.jpg “Odisseya” dastanına fərqli bir baxış
https://525.az/img/pics/medium/2026-07/398622_2l1w2sfps1.jpg Mədəniyyət naziri Xalq yazıçısı Anarla görüşüb
https://525.az/img/pics/medium/2026-07/398555_79qavm53rb.jpg Almaniyanın Cənubi Qafqaz siyasətində Azərbaycan amili
https://525.az/img/pics/medium/2026-07/398525_d06rqmj7qg.jpeg Həyat Şəminin darıxmağı... - ayrılıq, həsrət və ...
search
28 İyul 2026

Tahir Süleymanov: “Neftçi” mərhələ adlamasa, orada heç kim qalmamalıdır”

Tahir Süleymanov: “Neftçi” mərhələ adlamasa, orada heç kim qalmamalıdır”

Avropa Liqasının II təsnifat mərhələsinin "Koper"lə ilk oyunundan (1:2) sonra istefa verən "Neftçi"nin klubunun vitse-prezidenti Tahir Süleymanov jurnalistlərə açıqlamasında "Neftçi"dən gedişinin səbəbini izah edib.

Qol.Az-ın məlumatına görə, klub rəsmisi istefasının məğlubiyyətlə bağlı olduğunu qeyd edib:

"Bütün məsuliyyəti üzərimə götürürəm və istefa verirəm. "Neftçi"nin "Koper" səddini keçəcəyinə ümid edirəm. Ancaq mərhələni adlamasa, hazırkı heyətdn "Neftçi"də heç kim qalmamalıdır. Hazırkı heyətdən heç kimin komandada qalmağa haqqı yoxdur. İstefa vermək cəsarət tələb edir və bu özü bir mədəniyyətdir. Yeni "Neftçi" qurulmalıdır. Bu işi görəcək insanlara uğurlar arzulayıram".

Xatırladaq ki, T.Süleymanov bu ilin aprel ayında da istefa vermiş, ancaq klub rəhbərliyi onun istefa ərizəsini qəbul etməmişdi.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.