|
|
|
|

Fransada 76-cı Kann Film Festivalının keçiriləcəyi bölgədə etiraz aksiyaları ilə bağlı qadağa qoyulub.
525.az xəbər verir ki, dünya şöhrətli festival mayın 16-dan 27-dək Alpes-Maritimes əyalətinin Kann şəhərində keçiriləcək. Alpes-Maritimes rəhbərliyi tərəfindən dərc edilən qərarda Kann şəhərinin festival zamanı 120 min insanı qəbul edəcəyi bildirilib.
Qərarda qeyd edilib ki, mayın 16-dan mayın 28-dək saat 06:00-dək festival ərazisində nümayiş təşkil etmək qadağan edilib.
Malik Atilay



