
Azərbaycanın bank sektoru bu ilin yanvar-aprel aylarında 345,2 milyon manat xalis mənfəət əldə edib.
525.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 39,1 faiz çoxdur.
4 ay ərzində bankların əməliyyat gəlirləri 1 472 milyon manat (1 il əvvələ nisbətən 28,8 faiz çox), əməliyyat xərcləri 936,5 milyon manat (26,6 faiz çox), xüsusi ehtiyatlara ayırmaları 101,7 milyon manat (4,2 faiz çox), gözlənilməz gəlirləri 0,3 milyon manat (1 il bundan əvvəl olmayıb), mənfəət vergisi ödəmələri isə 88,9 milyon manat (55,7 faiz çox) təşkil edib.



