https://525.az/img/pics/medium/2026-07/396292_h84nyfkx8v.jpeg Teatr adamı - Telli Pənahqızı yazır
https://525.az/img/pics/medium/2026-07/396239_ocaknnidt4.jpg Səhnə işinin görünməyən ustaları
https://525.az/img/pics/medium/2026-07/396233_d2rphdu35a.jpg Dəqiqələr sürən bəxtiyarlığa yarım əsrə gəlinən yol - Rafael Hüseynov yazır
https://525.az/img/pics/medium/2026-07/396230_sku3n85fmd.jpg Ziyalı: Tarix, dövlətçilik və milli məsuliyyət
search
3 İyul 2026
2 İyul 2026

"Qarabağ" Reynaldoya görə UEFA-ya şikayət edir

"Qarabağ" Reynaldoya görə UEFA-ya şikayət edir

"Qarabağ" klubu Çempionlar Liqasının III təsnifat mərhələsinin "Zalsburq"la keçirilən ilk oyununun  hakimliyi ilə bağlı UEFA-ya şikayət edəcək.

Bu barədə Qol.Az saytına klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib.

Ukraynalı baş hakim Sergey Boyko görüşün 86-cı dəqiqəsində "Qarabağ"ın ikinci qolunun müəllifi Reynaldo Silvaya birbaşa qırmızı vərəqə verərək onu meydandan qovub. "Qarabağ" klubu isə həmin epizodda qayda pozuntusunun olması ilə razılaşsa da, hakimin qırmızı vərəqə qərarına etiraz edib. Klub rəsmisinin sözlərinə görə, bu gün hakimin qərarı ilə bağlı UEFA-ya şikayət ərizəsi göndəriləcək.

Qeyd edək ki,  UEFA-nın apellyasiya komitəsi məsələ ilə bağlı komandalar arasında cavab qarşılaşmasına 24 saat qalmışa qədər qərar verməlidir.

Xatırladaq ki, görüşün baş hakimi "Qarabağ"dan Admir Teli, "Zalsburq"dan isə Kristian Şveqleri də meydandan qovub.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.