https://525.az/img/pics/medium/2026-07/396292_h84nyfkx8v.jpeg Teatr adamı - Telli Pənahqızı yazır
https://525.az/img/pics/medium/2026-07/396239_ocaknnidt4.jpg Səhnə işinin görünməyən ustaları
https://525.az/img/pics/medium/2026-07/396233_d2rphdu35a.jpg Dəqiqələr sürən bəxtiyarlığa yarım əsrə gəlinən yol - Rafael Hüseynov yazır
https://525.az/img/pics/medium/2026-07/396230_sku3n85fmd.jpg Ziyalı: Tarix, dövlətçilik və milli məsuliyyət
search
3 İyul 2026
2 İyul 2026

"Qarabağ" Bundesliqada oynasa, top-komanda olar"

"Qarabağ" Bundesliqada oynasa, top-komanda olar"

"Qarabağ"a məğlubiyyəti rüsvayçılıq kimi dəyərləndirməzdim. Çünki rəqib yaxşı komandadır. Düşünürəm ki, "Qarabağ" Avstriya Bundesliqasında oynasa, top-komandalardan olar".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Zalsburq" klubunun baş məşqçisi Adi Hütter Avstriya mətbuatına açıqlamasında deyib.

Bundesliqanın III turu çərçivəsində səfərdə qarşılaşacaqları "Rid"lə oyunöncəsi mətbuat konfransı keçirən təcrübəli mütəxəssis "Qarabağ"la Bakıdakı görüşün nəticəsinin qənaətbəxş olmadığını bildirib:

"Bakıdakı oyunun nəticəsi qənaətbəxş olmadı. 90 dəqiqə ərzində biz daha yaxşı oynadıq. İlk oyunda cütün taleyini həll etmək istəyirdik, lakin alınmadı. Artıq məqsədimiz bəllidir. Mərhələ keçmək üçün doğma meydanda qələbə qazanmalıyıq".

Qeyd edək ki, sabah Bundesliqanın III turu çərçivəsində səfərdə "Rid"in qonağı olacaq "Zalsburq" avqustun 6-da Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində öz meydanında "Qarabağ"ı qəbul edəcək. Bu komandalar arasında Bakıda baş tutan ilk görüşdə Ağdam təmsilçisi 2:1 hesabı ilə qələbə qazanıb.  

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.