https://525.az/img/pics/medium/2026-07/396292_h84nyfkx8v.jpeg Teatr adamı - Telli Pənahqızı yazır
https://525.az/img/pics/medium/2026-07/396239_ocaknnidt4.jpg Səhnə işinin görünməyən ustaları
https://525.az/img/pics/medium/2026-07/396233_d2rphdu35a.jpg Dəqiqələr sürən bəxtiyarlığa yarım əsrə gəlinən yol - Rafael Hüseynov yazır
https://525.az/img/pics/medium/2026-07/396230_sku3n85fmd.jpg Ziyalı: Tarix, dövlətçilik və milli məsuliyyət
search
3 İyul 2026

“Qarabağ”a texniki məğlubiyyət verilir

“Qarabağ”a texniki məğlubiyyət verilir

Bu gün Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk turunda “Qarabağ” səfərdə “Sumqayıt”a 3:0 hesabı ilə qalib gəlib.

Qol.Az-ın məlumatına görə, qələbəyə baxmayaraq Qurban Qurbanovun komandasına texniki məğlubiyyət veriləcəyi gözlənilir.
 
Çünki  Ağdam təmsilçisi oyunun 59-ci dəqiqəsində oyunçu dəyişikliyi edərkən texniki səhvə yol verib. Belə ki, Namiq Yusifovun əvəzinə Riçard Almeydanın meydana daxil olması ilə “Qarabağ” legioner limitini pozub.  Yəni məşqçilər korpusu meydanda yeni qaydalarda nəzərdə tutulduğu kimi  altı deyil yeddi legioner buraxıb.

Xatırladaq ki,  Azərbaycan Premyer Liqasının nizamnaməsinə uyğun olaraq legioner limitinə əməl etməyən komandaya AFFA İntizam Komitəsi tərəfindən texniki məğlubiyyət verilir.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.