|
|
|
|

UEFA Avropa Liqasının pley-off mərhələsinin "Neftçi" - "Partizan" cavab matçı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, "Neftçi" "Partizan" komandasını adı çəkilən stadionda qəbul etmək istəməsi ilə bağlı AFFA-ya müraciət edib, AFFA isə məsələ ilə əlaqədar müvafiq qaydada UEFA-ya müraciət ünvanlayıb.
Artıq Avropa futbol qurumu müraciəti müsbət cavablandırıb.
Beləliklə, avqustun 28-də "Neftçi" - "Partizan" oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.



