https://525.az/img/pics/medium/2026-07/396292_h84nyfkx8v.jpeg Teatr adamı - Telli Pənahqızı yazır
https://525.az/img/pics/medium/2026-07/396239_ocaknnidt4.jpg Səhnə işinin görünməyən ustaları
https://525.az/img/pics/medium/2026-07/396233_d2rphdu35a.jpg Dəqiqələr sürən bəxtiyarlığa yarım əsrə gəlinən yol - Rafael Hüseynov yazır
https://525.az/img/pics/medium/2026-07/396230_sku3n85fmd.jpg Ziyalı: Tarix, dövlətçilik və milli məsuliyyət
search
3 İyul 2026

"Qarabağ"ın texniki məğlubiyyəti rəsmiləşdi

"Qarabağ"ın texniki məğlubiyyəti rəsmiləşdi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, İK Premyer Liqanın ilk turunda baş verən hadisələrlə bağlı müvafiq qərarlar çıxarıb.

Azərbaycan Premyer Liqasının I turunun AZAL – “Xəzər Lənkəran” matçının 59-cu dəqiqəsində AZAL klubunun 13 nömrəli futbolçusu Şəhriyar Rəhimov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu bir oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının I turunun “Sumqayıt” – “Qarabağ” matçının 50-ci dəqiqəsində “Sumqayıt” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub min manat cərimələnib.

Oyunun 59-cu dəqiqəsində “Qarabağ” klubu əvəzetmə zamanı limiti pozduğuna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. Matçda göstərilmiş sarı vərəqələr qüvvədə qalır. Vurulmuş qollar ləğv edilir.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.