https://525.az/img/pics/medium/2026-07/396292_h84nyfkx8v.jpeg Teatr adamı - Telli Pənahqızı yazır
https://525.az/img/pics/medium/2026-07/396239_ocaknnidt4.jpg Səhnə işinin görünməyən ustaları
https://525.az/img/pics/medium/2026-07/396233_d2rphdu35a.jpg Dəqiqələr sürən bəxtiyarlığa yarım əsrə gəlinən yol - Rafael Hüseynov yazır
https://525.az/img/pics/medium/2026-07/396230_sku3n85fmd.jpg Ziyalı: Tarix, dövlətçilik və milli məsuliyyət
search
3 İyul 2026

"Qarabağ" "Tvente"ni məğlub edəcək"

"Qarabağ" "Tvente"ni məğlub edəcək"

"Rəşad Sadıqov və Reynaldo hazırda "Qarabağ"ın aparıcı və fərq yarada biləcək futbolçularıdır".

Qol.Az-ın məlumatına görə, bunu "Qarabağ" klubunun sabiq futbolçusu Vaqif Cavadov Hollandiya mətbuatına açıqlamasında deyib.

Millimizin üzvü "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsində qarşılaşacağı "Tvente" ilə oyundakı şanslarını dəyərləndirib. V.Cavadov Ağdam təmsilçisinin keçmiş komandası "Tvente" ilə görüşdə qələbə qazanacağına inandığını bildirib:

"Hər iki komanda mənim üçün doğmadır. "Qarabağ"da beş il oynadım, ancaq təəssüf ki, çempion ola bilmədim. "Tvente"yə gəlincə 18 yaşımda orada çempionluq yaşadım. Bu komandanın azarkeşlərinə təşəkkür edirəm. Onlar hər zaman mənə qarşı yaxşı davrandılar. Zədə səbəbindən Enshede təmsilçisində forma geyinmək şansım olmadı. "Tvente"yə transfer olduğum üçün peşman deyiləm. Bu transfer karyeramda önəmli addım oldu. Yenidən bu komandaya qayıtmaq istərdim. Beş il öncəki "Tvente" ilə indiki komanda arasında böyük fərq var. O zaman klubun futbolçu seçmək imkanı daha çox idi. Mən bu dəfə "Qarabağ"ın qələbə qazanacağını düşünürəm".

Qeyd edək ki, 2009/2010 mövsümündə "Qarabağ"ın heyətində Avropa Liqasının pley-off mərhələsində "Tvente"yə qarşı oynayan Vaqif elə həmin mövsüm Enshede klubuna transfer olunub. Zədə səbəbindən "Tvente"də rəsmi oyuna çıxa bilməyən 25 yaşlı futbolçu yenidən Azərbaycana qayıdıb. Ötən mövsümü Bakı "İnter"inin heyətində keçirən Vaqif hazırda Türkiyənin aşağı liqa təmsilçisi "Qaziantep BB" klubunun şərəfini qoruyur.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.