https://525.az/img/pics/medium/2026-07/396219_0m8611e22h.jpg “525-ci qəzet”in 3 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
search
2 İyul 2026

“Twitter”də Maykl Ceksonun yeni klipi təqdim olundu

“Twitter”də Maykl Ceksonun yeni klipi təqdim olundu

Mərhum pop musiqisi kralı Maykl Ceksonun yeni klipi videomusiqi tarixində yeni səhifə açacaq.

525.az-ın AzərTAca istinadən verdiyi məlumata görə, “A Place With No Name” mahnısının videolenti əfsanəvi müğənninin pərəstişkarlarına avqustun 13-də “Twitter” mikrobloqları vasitəsilə təqdim olunub. Eyni zamanda videoçarx Nyu-Yorkun “Tayms” bağındakı böyük ekranda translyasiya edilib.
 
Bu çarx premyerası “Twitter”də baş tutan ilk musiqi klipidir. Videoçarxın rejissoru “Rolling Stones” və “Nirvana” kimi işləri ilə tanınmış klipmeyker Semuel Beyerdir. “A Place With No Name” Ceksonun vəfatından sonra onun cari ilin mayında buraxılmış yeni “Xscape” albomundan sonra ikinci sinqli olacaqdır.
 
“A Place With No Name” kompozisiyası America qrupunun məşhur “A Horse With No Name” xitinin remeykidir. Cekson bu treki 1998-ci ildə reper Dr Frize ilə birlikdə yazmışdı.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.