https://525.az/img/pics/medium/2026-07/396292_h84nyfkx8v.jpeg Teatr adamı - Telli Pənahqızı yazır
https://525.az/img/pics/medium/2026-07/396239_ocaknnidt4.jpg Səhnə işinin görünməyən ustaları
https://525.az/img/pics/medium/2026-07/396233_d2rphdu35a.jpg Dəqiqələr sürən bəxtiyarlığa yarım əsrə gəlinən yol - Rafael Hüseynov yazır
https://525.az/img/pics/medium/2026-07/396230_sku3n85fmd.jpg Ziyalı: Tarix, dövlətçilik və milli məsuliyyət
search
3 İyul 2026

“Qarabağ”ın 150-ci bərabərliyi

“Qarabağ”ın 150-ci bərabərliyi

Azərbaycan Premyer Liqasının II turunda “İnter”lə görüşdə 0:0 hesablı heç-heçə edən “Qarabağ” 1992-ci ildə start götürən Azərbaycan çempionatlarında 150-ci dəfə 1 xalla kifayətlənib.

Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, heç-heçə sayında ikincilik “Neftçi”yə məxsusdur – 137 dəfə.

Bu heç-heçələrdən 59-u ev, 86-sı səfər, 5-i neytral meydanlarda qeydə alınıb.

Bütün mövsümlərdə bərabərliyi olan komanda 2009/10 mövsümündə daha çox – 12 heç-heçə edib. 1996/97 və 2001/02 mövsümlərində daha az – hərəsində 2 “sülh” qeydə alınıb.

Ağdamlılar ilk belə nəticəsini 1992-ci il mayın 18-də “Turan”la ev oyununda əldə edib – 1:1.

Ölkə çempionatlarının 22 illik tarixində “Qarabağ”ın həm heç-heçə, həm də heç-heçəsiz oyunlar seriyaları olub. 2000-ci ildə ardıcıl 5 bərabərliyi olan komanda 2001-02-ci illərdə 24 görüşdə bərabərlik etməyib.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.