
Energetika nazirinin müavini Kamal Abbasov oktyabrın 10-da Ekvatorial Qvineyanın Malabo şəhərində keçirilmiş Qaz İxrac edən Ölkələr Forumunun (GECF) 25-ci Nazirlər iclasında iştirak edib.
Bu barədə 525.az-a nazirlikdən bildirilib.
Məlumata görə, nazir müavini çıxışında GECF-in təbii qaz hasil edən ölkələr arasında əməkdaşlıq və dialoq platforması kimi əhəmiyyətini qeyd edib, təbii qazın digər ənənəvi enerji daşıyıcıları ilə müqayisədə ekoloji cəhətdən daha təmiz yanacaq kimi qlobal enerji keçidində mühüm rolunu vurğulayıb. O, Azərbaycanın təbii qaz ehtiyatları, hasilatı, ixracı və son nailiyyətləri, eləcə də ölkədə istixana qazları emissiyalarının azaldılması və bərpa olunan enerjidən istifadənin genişləndirilməsi istiqamətində atılan addımlar haqqında məlumat verib.



