https://525.az/img/pics/medium/2026-07/396292_h84nyfkx8v.jpeg Teatr adamı - Telli Pənahqızı yazır
https://525.az/img/pics/medium/2026-07/396239_ocaknnidt4.jpg Səhnə işinin görünməyən ustaları
https://525.az/img/pics/medium/2026-07/396233_d2rphdu35a.jpg Dəqiqələr sürən bəxtiyarlığa yarım əsrə gəlinən yol - Rafael Hüseynov yazır
https://525.az/img/pics/medium/2026-07/396230_sku3n85fmd.jpg Ziyalı: Tarix, dövlətçilik və milli məsuliyyət
search
3 İyul 2026

"Neftçi" dörd qol vurdu, məğlub oldu

"Neftçi" dörd qol vurdu, məğlub oldu

Bu gün Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları keçirilib.

Qol.Az-ın məlumatına görə, turnirdə təmsilçilərimizdən olan “Neftçi”də bu gün meydana çıxıb.

Böyükağa Hacıyevin komandası səfərdə  Serbiyanın “Partizan” klubu ilə qarşılaşıb. Bakı vaxtı ilə saat 23:15-də başlayan görüşdə qapılara 5 qol vurulub. Hesabda 2:0 önə keçən "Neftçi" sonradan üstünlüyünü əldən verərək meydanı məğlub tərk edib - 2:3.

Xatırladaq ki, "Neftçi" 2012/2013 mövsümündə Avropa Liqasının qrup mərhələsində "Partizan"la eyni qrupda mübarizə aparmışdı. Bu komandalar arasında Serbiyada baş tutan ilk görüşdə qapılara qol vurulmamışdı - 0:0. Bakıdakı cavab qarşılaşmasında da qalib müəyyənləşməmişdi. Hərəyə bir dəfə fərqlənən komandalar meydanı 1 xalla tərk etmişdi.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması bir həftə sonra Bakıda keçiriləcək.

21 avqust

Avropa Liqası, pley-off mərhələsinin ilk oyunları

23:15. “Partizan” (Serbiya) – “Neftçi” (Azərbaycan) - 3:2
Qollar: Denis Silva, 11 (0:1), 17 (0:2), Denis Silva, 29-avtoqol (1:2), Qrbiç, 32 (2:2), Elvin Yunuszadə, 69-avtoqol (3:2)
Hakimlər: Hüseyin Göçek, Mustafa Emre Eyisoy, Orkun Aktaş, Süleyman Abay (Türkiyə)

"Partizan": Lukaç, Vuliçeviç, Petroviç, Stankoviç (k), B. İliç, Brasanaç, Ninkoviç, Qrbiç, Drinçiç, Lazoviç, Şkuletiç

"Neftçi":  Saşa Stamenkoviç, Denis Silva, Elvin Yunuszadə,  Bruno Bertuççi,  Araz Abdullayev,  Flavinyo (k),  Julius Vobay, Erik Ramos, Sesilyo Kaue,  Mirhüseyn Seyidov,  Ernest Nfor

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.