Bakıda 17 yaşlı gənc itkin düşüb.
525.az xəbər verir ki, Nahid Cəfərov Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə müraciət edərək bildirib ki, qohumu 2007-ci il təvəllüdlü Amil Məmmədov yanvarın 15-də Xətai rayonu, Şirvan küçəsində yerləşən 29 saylı orta məktəbə gedib və geri qayıtmayıb.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsində araşdırma aparılır.