|
|
|
|

Yaponiya Aerokosmik Kəşfiyyat Agentliyi (JAXA) Aya göndərilən İntellektual Eniş Vasitəsinin (SLIM) planlaşdırılan yerdən 55 metr uzaqlığa endiyini açıqlayıb.
525.az xəbər verir ki, Yaponiyanın SLIM kosmik gəmisi yanvarın 20-də Aya eniş etmiş, lakin günəş enerjisi ilə işləyən batareyaları elektrik enerjisi istehsal etmədiyi üçün nəqliyyat vasitəsi bağlanmışdı.
JAXA dünən verdiyi açıqlamada vasitənin hədəf yerindən 55 metr uzağa uğurla eniş etdiyini, lakin eniş zamanı elektrik enerjisi istehsal edəcəyi gözlənilən günəş batareyalarının qərbə baxdığı üçün hələlik elektrik enerjisinin istehsal olunmadığını bildirib. Digər tərəfdən, Ay səthindən əldə edilən görüntü SLIM-in tərs olduğunu göstərir.
Qeyd edək ki, SLIM-in Ay səthindəki şəkilləri "LEV-2" adlı robotdan götürülüb.
Məhəmməd Tağıyev



