|
|
|
|

Nigeriyada "Boko Haram" terror təşkilatının fəaliyyət göstərdiyi Borno əyalətində minanın partlaması nəticəsində 6 mədrəsə tələbəsi həyatını itirib.
525.az xarici KİV-ə istinadən bildirir ki, Borno əyalətinin Qubio bölgəsində mədrəsənin yaxınlığında mina partlayıb.
Partlayışda 6 mədrəsə tələbəsi həyatını itirib, çoxlu sayda insan yaralanıb.
Hücuma görə məsuliyyəti hələlik üzərinə götürən olmasa da, terror təşkilatı "Boko Haram"ın bölgədə oxşar hücumlar təşkil etdiyi məlumdur.
Qeyd edək ki, təşkilat son zamanlar əsgərlərə qarşı çoxlu hücumlar həyata keçirir. "Boko Haram" terror təşkilatının ötən həftə Borno əyalətinin Maqumeri kəndindəki keçid məntəqəsində həyata keçirdiyi silahlı hücumda 5 əsgər həyatını itirib. 2000-ci illərin əvvəllərindən Nigeriyada mövcud olan terror təşkilatı Boko Haramın 2009-cu ildən bəri təşkil etdiyi kütləvi zorakılıqlarda 20 mindən çox insan ölüb. Təşkilat 2015-ci ildən bəri ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə də hücumlar həyata keçirib. Təşkilatın Çad gölü hövzəsindəki hücumlarında ən az 2 min adam həyatını itirib.
Malik Atilay



