|
|
|
|

ABŞ Mərkəzi Komandanlığı İordaniyada PUA hücumu nəticəsində 3 ABŞ əsgərinin həlak olduğunu, 25 nəfərin yaralandığını açıqlayıb.
525.az xarici mediaya istinadən xəbər verir ki, Ağ Evdən verilən açıqlamaya görə, ABŞ Prezidenti Co Bayden açıqlamasında: “Dünən gecə İordaniyanın şimal-şərqində, Suriya sərhədi yaxınlığında yerləşən qüvvələrimizə PUA hücumu nəticəsində 3 ABŞ əsgəri həyatını itirib, çoxlu sayda yaralı var", - deyib.
Hücuma görə məsuliyyət daşıyanlara ABŞ-nin seçdiyi vaxt və formatda cavab verəcəklərini deyən Bayden, mübarizəyə davam edəcəklərini qeyd edib.
Malik Atilay



