|
|
|
|

İsrail ordusu Livana qarşı döyüş hazırlıqlarını artırdığını açıqlayıb.
525.az xarici mediaya istinadən xəbər verir ki, İsrail ordusunun açıqlamasında müharibəyə hazırlıqların ötən həftə Şimal Regional Komandanlığı tərəfindən aparıldığı, tağımlardan başlayaraq piyadaların da iştirakı ilə tabor səviyyəsindəki birliklərə intensiv təlim keçdiyi bildirilib.
İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri Yoav Gallant Şimal sərhədindən kənarda Livanda "Hizbullah" qüvvələrinə qarşı müharibə aparmaları ilə bağlı dəfələrlə bəyanatlar veriblər.
Qeyd edək ki, 2023-cü il oktyabrın 8-dən İsrail ordusu ilə "Hizbullah" arasında sərhəddə davam edən qarşıdurmalarda 30 livanlı mülki vətəndaş və 171 "Hizbullah" üzvü, həmçinin 6 İsrail vətəndaşı və 10 İsrail əsgəri həlak olub.
Malik Atilay



