|
|
|
|

Honq-Konqda yerləşən "Cathay Pacific Airways" şirkətinə məxsus təyyarə Malayziyanın Penanq şəhərinə uçarkən salondan gələn qəribə qoxu səbəbindən geri qayıdıb.
525.az xəbər verir ki, Honq-Konq-Penanq reysi üçün havaya qalxdıqdan qısa müddət sonra "Cathay Pacific Airways" şirkətinə məxsus təyyarə salonda qəribə qoxuya görə Honq-Konq hava limanına qayıdıb.
Şirkətdən verilən açıqlamada belə bir qərarın standart prosedura uyğun olaraq ehtiyat tədbiri kimi qəbul edildiyi bildirilib.
Qeyd edək ki, təyyarə yoxlamadan sonra uçuşunu davam etdirsə də, sözügedən qoxunun mənbəyi ilə bağlı hələlik heç bir açıqlama verilməyib.
Məhəmməd Tağıyev



