|
|
|
|

Norveçin Fələstindəki Nümayəndəliyi Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Yaxın Şərq Agentliyinə (UNRWA) dəstəyini davam etdirəcəyini açıqlayıb.
525.az xəbər verir ki, Norveçin Fələstin Nümayəndəliyinin sosial media hesabından edilən açıqlamada Qəzza zolağında UNRWA-ya ehtiyac olduğu bildirilib.
Açıqlamada: "Qəzzada vəziyyət fəlakətlidir və UNRWA oradakı ən mühüm humanitar təşkilatdır. Norveç UNRWA vasitəsilə Fələstin xalqına dəstəyini çatdırmağa davam edir", - deyə bildirilib.
Məhəmməd Tağıyev



