|
|
|
|

Almaniyanın 130 ictimai nəqliyyat şirkətinin işçiləri şəraitin yaxşılaşdırılması tələbi ilə fevralın 2-də ölkənin bir çox bölgəsində tətil edəcəklər.
525.az xəbər verir ki, Birləşmiş Xidmət Sektoru Birliyinin verdiyi açıqlamaya görə, 130 şirkətdə təxminən 90 min işçi, ictimai nəqliyyatla kütləvi sövdələşmə danışıqlarında müvəffəqiyyət qazana bilmədiyi üçün 2 fevralda işi dayandırmağa çağırış edib.
Birləşmiş Xidmət Sektoru Birliyinin vitse-prezidenti Kristin Behle demək olar ki, bütün bölgələrdə kollektiv danışıqların aparıldığını və heç bir nəticə əldə olunmadığını bildirib.
Qeyd edək ki, Behle iş şəraitinin yaxşılaşdırılması tələblərini irəli sürüb, lakin işəgötürənlər bu tələbləri yerinə yetirmək istəməyib.
Məhəmməd Tağıyev



