"Məntəqə saat 08:00-da açılıb. Hazırda seçkidə böyük izdiham müşahidə edirik. Vətəndaşlar böyük həvəslə istədikləri namizədə səs verirlər".
525.az Secki-2024.az saytına istinadən xəbər verir ki, bu barədə 24 saylı Nizami I seçki dairəsinin 11 saylı məntəqəsinin sədri Mətanət Cabbarlı məlumat verib. Sədr vurğulayıb ki, məntəqə üzrə 1446 seçici qeydiyyatdadır. Onun sözlərinə görə, məntəqədə veb-kamera və sağlamlıq imkanları məhdud insanlar üçün pandus quraşdırılıb.
Qeyd edək ki, seçki prosesini çoxsaylı yerli müşahidəçilər və məşvərətçilər izləyirlər.