|
|
|
|

ABŞ Quru Qoşunları ordunun yenidən qurulması çərçivəsində dəyişən təhlükəsizlik mühitini və müharibənin inkişaf edən xarakterini nəzərə alaraq 24 min heyəti ləğv etməyi planlaşdırır.
525.az xəbər verir ki, Quru Qoşunları öz saytında dərc olunan "Ordu Qüvvələri Quruluşunun Transformasiyası" adlı hesabatda yenidən strukturlaşma planını açıqlayıb.
Hesabatda: "Dəyişən təhlükəsizlik mühiti və müharibənin inkişaf edən xarakteri fonunda ordu diqqətini texnoloji cəhətdən inkişaf etmiş hərbi qüvvələrə qarşı genişmiqyaslı döyüş əməliyyatları keçirməyə yönəldir. Ordu bu tələblərə cavab vermək üçün yeni imkanlar inkişaf etdirməli və güc strukturunu yenidən balanslaşdırmalıdır", - deyə bildirilib.
Məhəmməd Tağıyev



