|
|
|
|
ABŞ-nin Texas ştatının şimalındakı Panhandle qəsəbəsində fevralın 26-da başlayan meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.
525.az xəbər verir ki, ştat rəsmiləri Panhandle-də baş verən yanğınlar səbəbindən 5 minə yaxın sakinin təxliyə edildiyini və yanğın başlayandan bəri təxminən 240 min hektar ərazinin təsirləndiyini bildirib.
Səlahiyyətlilər yanğınların bütün bölgəyə sürətlə yayıldığını və görünməni azaldan tüstü səbəbindən bölgədəki bir çox yolun nəqliyyata bağlandığını söyləyib.
Texas qubernatoru Qreq Abbott verdiyi açıqlamada fevralın 26-dan bəri davam edən meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan etdiyini açıqlayıb.
Məhəmməd Tağıyev