Anambra əyalətinin qubernatoru Çarlz Soludo ölkənin cənubunda bazar yerindəki iki mərtəbəli binanın çökdüyünü açıqlayıb.
525.az xəbər verir ki, Soludo binanın çökməsi nəticəsində ilkin təsbitlərə görə 5 nəfərin həyatını itirdiyi barədə məlumat paylaşıb. Dağıntılar altından 26 nəfərin xilas edildiyini deyən Soludo, xilasetmə işlərinin davam etdiyini bildirib.
Qeyd edək ki, bina rayonlaşdırma qanunlarına uyğun tikilmədiyi üçün uçub.
Məhəmməd Tağıyev