ABŞ Yəməndə husilərə məxsus 5 pilotsuz uçuş aparatının (PUA) məhv edildiyini bildirib.
525.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial media platformasında məsələ ilə bağlı açıqlama verib.
Açıqlamada dünən husilərin nəzarətində olan bölgələrdən havaya qalxan və 5 PUA-nın bölgədəki ticarət gəmiləri və ABŞ donanması üçün yaxın təhlükə olaraq qiymətləndirildiyi bildirilib.
Qeyd edək ki, sözügedən PUA-ların Qırmızı dənizdə ABŞ təyyarələri və koalisiya gəmiləri tərəfindən məhv edildiyi vurğulanıb.
Məhəmməd Tağıyev