|
|
|
|

Çinin Yer orbitində qurduğu Tienqonq Kosmik Stansiyasına bu il iki insanlı ekspedisiyanın olacağı bildirilib.
525.az xəbər verir ki, Çin İnsanlı Kosmik Ekspedisiya Agentliyindən (CMSA) verilən açıqlamada "Şıncou-18" və "Şıncou-19" missiyaları ilə stansiyaya yeni taykonavt qruplarının daşınmasının planlaşdırıldığı bildirilib.
Açıqlamada stansiyaya təyin olunacaq yeni taykonavtların seçildiyi və onların təlimlərinin davam etdirildiyi qeyd edilib.
Qeyd edək ki, taykonavtların ehtiyaclarını ödəmək üçün iki təchizat uçuşunun həyata keçirilməsi gözlənilir.
Məhəmməd Tağıyev



