Kolumbiyanın Şimali Santander inzibati bölgəsindəki kütləvi məzarlıqda zibil torbalarında 1086 nəfərin qalıqları tapılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Kukuta şəhərinin mərkəzi qəbiristanlığında qazıntı aparan səlahiyyətlilər, kütləvi məzarlıq aşkar ediblər.
Araşdırmalar zamanı zibil torbalarının içərisində 1086 nəfərin qalıqlarının olduğu müəyyən edilib.
İtkin Şəxslərin Axtarış Bölməsi (UBPD) və Xüsusi Sülh Yurisdiksiyası (JEP) tərəfindən verilən açıqlamada, tapılan insan qalıqlarının çox güman ki, münaqişə dövründə yoxa çıxan insanlara aid olduğu qeyd edilib.
JEP-in hakimi Maria del Pilar Valensiyada açıqlamasında vəziyyətin "dəhşətli" olduğunu və hərtərəfli araşdırma tələb olunduğunu bildirib.
Malik Atilay