Norveç kralı V Harald tətil zamanı yoluxduğu infeksiyaya görə Malayziyada xəstəxanaya yerləşdirilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, kral ailəsi 87 yaşlı Kral Haraldın sağlamlıq vəziyyəti ilə bağlı açıqlama verib.
"Əlahəzrət Malayziyada tətili zamanı xəstələnib və infeksiya ilə xəstəxanaya yerləşdirilib", - açıqlamada Kral Haraldın Malayziya və Norveç tibb işçiləri tərəfindən yaxından izləndiyi bildirilib.
Malik Atilay