ABŞ Prezidenti Co Bayden illik fiziki müayinəsinin nəticələrini açıqlayıb.
525.az bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.
Dövlət başçısının sözlərinə görə, tibbi müayinə nəticəsində səhhətində hər hansı yeni problem aşkar edilməyib.
Qeyd edək ki, Bayden çərşənbə günü, fevralın 28-də Vaşinqtondakı Walter Reed Army Tibb Mərkəzində müayinədən keçib.
Havar Şəfiyeva