|
|
|
|

Qırmızı dənizdə yerləşən Almaniya Hərbi Dəniz Qüvvələrinin Hessen freqatı Qərb müttəfiqlərinin pilotsuz təyyarəsini atəşə tutub.
525.az "Welt"ə istinadən xəbər verir ki, bunu Almaniya Müdafiə Nazirliyinin nümayəndəsi Mixael Stempfle bildirib.
Yəmən husiləri ilə mübarizə aparmaq üçün Qırmızı dənizə yerləşdirilmiş alman freqatı səhvən Qərb müttəfiqlərinin pilotsuz təyyarəsini hədəf alıb. Verilən açıqlamada heç bir zərər görməyən pilotsuz təyyarəni ilkin olaraq müəyyən etməyin mümkün olmadığı bildirilib.
Qeyd edək ki, hadisə fevralın 28-də səhər saatlarında baş verib.
Havar Şəfiyeva



