|
|
|
|

Fransada bir xəstəxananın təcili yardım xidmətinə aparılan demensiyadan əziyyət çəkən qadının itkin düşməsindən 2 gün sonra xəstəxananın zirzəmisində zibil konteynerində ölü tapılması reaksiyalara səbəb olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, demensiyadan əziyyət çəkən 85 yaşlı qadını fevralın 23-də qızı Klaudin Eks-en-Provensdəki xəstəxananın təcili yardım otağına gətirib.
Belə ki, fevralın 23-nə keçən gecə xəstəxanada itkin düşdüyü bildirilən yaşlı qadın fevralın 25-də həmin xəstəxananın zirzəmisində zibil konteynerində ölü halda qızı tərəfindən tapılıb.
Qeyd edək ki, Klaudin xəstəxananı təhlükəsizlik kameralarına giriş təmin etmədiyinə görə günahlandırır.
Məhəmməd Tağıyev



