|
|
|
|

Moldovanın separatçı Dnestryanı bölgəsi Moldova hökumətinin iqtisadi təzyiqlərindən qorunmaq üçün Rusiyadan kömək istəyib.
525.az xəbər verir ki, Dnestryanıda sözdə yerli hökumətin Rusiyadan dəstək istəmək üçün bir araya gəldiyi bildirilib. Belə ki, görüş nəticəsində Moldova administrasiyasının təzyiqləri ilə bağlı qərar qəbul edilib və qərar nəticəsində bölgə müdafiə üçün Rusiyaya rəsmi müraciət edəcək.
Qərarda Moldovanın son zamanlar bölgəyə təzyiqlərini artırdığı və Dnestryanıda yaşayan təxminən 220 min Rusiya vətəndaşının müdafiəyə ehtiyacı olduğu vurğulanıb.
Məhəmməd Tağıyev



