Kəşfiyyat rəsmiləri Böyük Britaniya hökumətinə ölkədə terror təhlükəsinin kəskin artması ilə bağlı xəbərdarlıq edib.
525.az xəbər verir ki, bu barədə "Daily Mail" yazır.
Nəşrin məlumatına görə, ölkədə koordinasiyalı terror aktı və ya tək terrorçunun iştirak etdiyi hücum real riskdir.
Məqalə müəllifi qeyd edib ki, Britaniya təhlükəsizlik rəsmiləri martın 10-da başlayan müsəlmanların müqəddəs Ramazan ayı ərzində terror fəaliyyətinin artmasından ehtiyat edirlər.
Havar Şəfiyeva