|
|
|
|

Kolumbiyada ölkənin ən böyük silahlı qruplaşmalarından biri olan "Clan del Golfo"nun tanınmış lideri “El Mocho” ləqəbli narkotik alverçisi saxlanılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, "El Mocho"nun məşhur narkotik alverçilərindən biri olan "Otoniel" ləqəbli Dairo Antonio Usuqanın qardaşı oğlu olduğu öyrənilib.
Yerli mediadakı xəbərlərə görə, təhlükəsizlik qüvvələri Antiokiya inzibati bölgəsindəki Taraza şəhərinin kənd ərazisində əməliyyat keçirərək “El Mocho” ləqəbli Federiko Kardonanı ələ keçirib.
Ordu və polisin birgə əməliyyatı nəticəsində ələ keçirilən "El Mocho" və adamları saxlanılıb.
Səlahiyyətlilərin verdiyi açıqlamaya görə, əməliyyat zamanı 2 kilo maye kokain və 1 kiloqramdan çox narkotik vasitə ələ keçirilib.
Malik Atilay



